“Qəbələ”nin zədəlilərinin son durumu

00:41 - 17 Mart 2017

Azərbaycan Premyer Liqasının XXIII turunda AZAL-ın qonağı olacaq “Qəbələ” görüşə üç itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Vitali Vernidubla Elvin Camalov zədə səbəbindən “təyyarəçilər”lə matçı buraxmalı olacaqlar.

 

Zədəyə görə “Neftçi” ilə oyunda iştirak etməyən Rəşad Sadiqovun durumu isə qeyri-müəyyəndir. Təcrübəli yarımmüdafiəçi böyük ehtimalla AZAL-la oyunda meydanda olmayacaq. Amma onun oyunayıb-oynamayacağı oyun saatına yaxın müəyyənləşəcək.

 

Bundan başqa, səhhətindəki problemə görə “Netçi” ilə oyunu buraxan Ruslan Qurbanov artıq sağalıb, müdafiəçi Rasim Ramaldanovun zədəsi ilə bağlı heç bir problemi qalmayıb. Onlar AZAL-la oyunda meydanda olmaq gücündədirlər.

 

Qeyd edək ki, AZAL – “Qəbələ” oyunu martın 19-da baş tutacaq.

Xəbər xətti