“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” təmsilçiləri AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda sınağa çıxıb.
U-19 evdə “Neftçi” İK İB üzərində böyükhesablı qələbə qazanıb - 4:0. 24 oyunda 56 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.
Bakcell U-17 Liqasında “Qəbələ” “Neftçi” ilə qolsuz heç-heçə edib. 19 qarşılaşmadan sonra hesabında 45 xalı olan “Qəbələ” 4-cü pillədədir.
Paytaxt zonasında çıxış edən U-14 “Vətən” RİOEUG ilə matçdan bərabərliklə ayrılıb - 1:1. 14 matçda 29 xal toplayan komanda 4-cü sırada yer alıb.
U-13 də eyni rəqiblə qarşılaşıb. 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” 16 qarşılaşmadan sonra 35 xala malikdir. Bu qələbə “Qəbələ”ni liderliyə daşıyıb.
U-12 Liqasında Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən “Qəbəlıə” komandaları növbəti oyunlarını keçirib.
“Qəbələ” “Kürmük”ə qalib gəlib - 4:0. UGİM isə Oğuz UGİM-i ilə heç-heçə edib - 1:1. 16 turdan sonra “qırmızı-qaralar” 48 xalla 1-ci, “məktəblilər” 31 xalla 3-cüdür.
Eyni zonada çıxış edən U-11-lərin yarışında “Qəbələ” “Daşqın”ı 7:0, UGİM Qax ROİL-ini 3:1 hesabı ilə yenib. 16 turdan sonra “Qəbələ” 48 xalla 1-ci, UGİM 40 xalla 2-cidir.
Qızların Yüksək Liqa yarışlarında XIV tur baş tutub. “Qəbələ” “Zaqatala”nı 4:0 hesabı ilə məğlub edib. 11 matçda 28 xal toplayan “qırmızı-qaralar” çempionatın lideridir.
saytlarin hazirlanmasi