Roman Qriqorçuk: "Çempionatın sonunda bu suala cavab verə bilərəm" MÜSAHİBƏ

18:13 - 19 Mart 2017

Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən AZAL - "Qəbələ" matçı 1:1 hesabı ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk oyunu şərh edib.

 

- Komandanın oyunundan razı qaldım. Uşaqlar yaxşı oynadı. Sadəcə, çatışmayan o idi ki, qol imkanlarından yararlana bilmədik.

 

- Komanda sürpriz şəkildə xal itirdi. "Qarabağ"ın xal itirəcəyinə inanırsız?

- Mən bunu düşünmək istəmirəm. Bizə vacib olan odu ki, "Qarabağ"la oyunumuzu düşünək. İrəli getmək üçün çalışmaq lazımdı.

 

- Həlledici mərhələdə xal itirmək bağışlanmazdı. Bəlkə, komanda çempion olmaq üçün tam hazır deyil?

- Bunu təsdiqləyə bilmirəm. Qarşıda 5 oyun var. Çempionatın sonunda bu suala cavab verə bilərəm.

 

- Ölkənizin mətbuatı sizin Ukrayna klublarından birini çalışdıra biləcəyinizi yazıb. Əksəriyyət isə "Qəbələ"nin çətinliyə düşməsindən sonra bu xəbərlərin bilərəkdən yazıldığını deyir...

- Bu mövzuda danışmaq istəmirəm.

Xəbər xətti