"Qəbələ"nin zədəlisi məşqlərə başladı

18:57 - 25 Mart 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsində "İnter"ın qonağı olacaq “Qəbələ”də zədəlilərdən xoş xəbər var.

 

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Elvin Camalov zədəsini sağaldıb və fərdi məşqlərə start verib.

 

Futbolçunun "İnter"lə oyuna hazır olub-olmayacağı bəlli deyil.

 

Əlavə edək ki, "Qəbələ"də Vitali Vernidub da zədədən əziyyət çəkir.

 

Xatırladaq ki, "İnter" - "Qəbələ" görüşü martın 30-da baş tutacaq.

Xəbər xətti