"Qəbələ"nin futbolçuları üçün DÇ-2018-də 358 dəqiqə

11:14 - 27 Mart 2017

“Qəbələ”nin futbolçuları DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin 5-ci turunda iştirak ediblər. 

 

Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, C qrupunda çıxış edən Azərbaycan milli komandasının Almaniya ilə ev oyununda Məhəmməd Mirzəbəyovla Cavid Hüseynov start heyətində meydana çıxıblar. Onların hər biri 90 dəqiqə meydanda olublar. Yığmamızın 1:4 hesabı ilə uduzduğu görüşün 81-ci dəqiqəsində Ruslan Qurbanov da komanda yoldaşını əvəzləyib.

 

Bundan başqa, Nika Kvekveskiri Gürcüstan millisinin Serbiya ilə ev oyununda iştirak edib. D qrupunun oyununda balkanlılar 3:1 hesabı ilə qələbə qazanıb. N.Kvekveskiri start heyətində başladığı görüşdə 90 dəqiqə meydanda olub. Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi isə səfərdə Kiprlə qarşılaşıb. H qrupunun oyununda qol vurulmayıb. Start heyətində meydana çıxan hücumçu 79-cu dəqiqədə əvəzlənib.

Xəbər xətti