"Qəbələ"nin zədəlilərinin son durumu

16:36 - 28 Mart 2017

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “İnter”in qonağı olacaq “Qəbələ”nin heyətində itkilər var.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın iki futbolçusu paytaxtda baş tutacaq matçda iştirak etməyəcək.

 

Söhbət Vitali Vernidub və Elvin Camalodan gedir. Uzun müddəti zədəli olan Vernidubun bir müddət yaşıl meydanlardan kənarda qalacağı göğzlənilir, ötən ay Antalyada əməliyyat olunan Camalov isə fərdi məşqlərə başlayıb. Ancaq futbolçunun nə vaxt kollektivlə birgə çalışacağı bəlli deyil.

 

Bir müddətdi zədəli olan Rəşad Sadiqov isə sağalıb. Onun “İnter”də oyunda meydanda olması üçün heç bir problem yoxdur.

 

Qeyd edək ki, “İnter” – “Qəbələ” matçı martın 30-da, saat 17:00-da başlayacaq.

Xəbər xətti