Roman Qriqorçuk: "Futbolçuların ustalıq səviyyəsi çatmır"

19:10 - 30 Mart 2017

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, “İnter” doğma meydanda “Qəbələ”ni qəbul edib. Qonaqların 3 – 1 hesablı qələbəsiylə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

 

- Komandanız qol vəziyyətləri çox yaradır. Amma futbolçular bunlardan istifadə etməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?
- Bir neçə səbəb var. Futbolçuların ustalıq səviyyəsi çatmır. Yaxşı hücumlar qururuq, amma futbolçuların intellekti, ustalıq səviyyəsi düzgün qərar verməyə imkan vermir. Oyunçuların iş əmsalı çoxdur. Meydanda çox hərəkət erdirlər, bu da yorğunluq yaradır. Nəticədə imkanlardan düzgün istifadə etməkdə çətinlik çəkirik.

 

- Subotiçin durumu nə yerdədi?
- Subotiç zədələnməyib. Zədə rəsqinin qarşısını almaq üçün onu meydandan çıxardım.

 

- Burdan çıxdıqdan sonra istiqamət oteldi, yoxsa “Bakcell Arena"?
- Futbolçularım bərpa prosesi keçməlidi, istirahətə ehtiyac var. Ona görə də “Bakcell Arena”ya getməyəcəyik.

 

- Rafa Sontosun qol vurduğu epizodla bağlı fikriniz necədir?
- Mənim gördüyümə görə, bu, təmiz qol idi. Amma 4-cü hakimdən soruşduq. O, dedi ki, bizim futbolçumuz qapıçıya mane olurdu.

Xəbər xətti