"Qəbələ"də 3 itki

12:37 - 5 Aprel 2017

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “İnter”i qəbul edəcək “Qəbələ” oyuna itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın 3 futbolçusu bu görüşü buraxacaq. Belə ki, baş məşqçi Roman Qriqorçuk “İnter”lə qarşılaşmada Vitali Vernidub, Rafael Santos və Elvin Camalovun xidmətindən yararlana bilməyəcək. Vernidub və Camalov zədəli olduğu üçün paytaxt klubu ilə qarşılaşmada meydana çıxmayacaq.

 

Santosun matçı buraxmasına səbəb isə cəzalı duruma düşməsidi. Braziliyalı müdafiəçi ilk görüşdə sarı vərəqə limitini doldurub.

 

Qeyd edək ki, bu komandaların Bakıda keçirilmiş matçında “Qəbələ” 3:1 hesablı qələbə qazanmışdı.

Xəbər xətti