“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, U-19 komandası evdə AZAL-ı 5 cavabsız qolla məğlub edib. 26 oyundan sonra 62 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.
Öz meydanında “Qarabağ”ı qəbul edən U-17 1 xalla kifayətlənib – 1:1. 21 qarşılaşmadan sonra 49 xala malik komanda turnir cədvəlinin 3-cü pilləsindədir.
AZAL-la görüşən U-16 səfər oyununda 10 cavabsız qol vurub. 21 matç keçirən “Qəbələ” 49 xalla yarışın lideridir. U-15 “Neftçi” ilə rəqib meydanındakı matçdan bərabərliklə ayrılıb – 1:1. Komanda 19 matçda topladığı 51 xalla 1-ci pillədə qərarlaşıb.
Paytaxt zonasında çıxış edən U-14 “Əlincə” ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1. 18 oyunda 33 xal toplayan “Qəbələ” 4-cü sıradadır. Eyni zonada mübarizə aparan U-13 “İnter”i məğlub edib – 1:0. 18 matçda 38 xal yığan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.
Qızlar Liqasında çıxış edən “Qəbələ” “Zaqatala”ya qalib gəlib - 2:1. 14 oyundan sonra 37 xala malik komanda yarışın lideridir.
saytlarin hazirlanmasi