Premyer Liqanın 25-ci turunda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Görüşdə hesab açılmayıb - 0:0.
Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar"ın çalışdırıcısı Roman Qriqorçuk mətbuat konfransında qələbəni şərh edib:
- Bizə qələbə lazım idi, amma buna nail olmadıq. Buna baxmayaraq, lazımı tapşırıqları futbolçular düzgün yerinə yetirdi. Önümüzə baxacağıq.
- Qara Qarayev oyuna daxil olduqdan sonra Cavid Hüseynov meydanda görünmürdü. Olmazdı ki, onu əvəzləyərdiniz?
- Belə müzakirələr etsək, səhərə qədər vaxt çatmaz. Düzgün olanı etdim. Belə lazım idi.
- "Qəbələ" çempion olmasa, komandada qalacaqsız?
- Bir ay sonra nə olacağını indi deyə bilmərik. Hazırda fikirləşdiyim digər oyunlar və kubokun finalıdı.
- Sonadək bir hücumçu ilə oynadız. Sizə qələbə lazım olduğu halda niyə ikinci hücumçunu meydana buraxmadız?
- Biz bütün oyunu 4 hücumçu ilə oynadıq. Bu da nəticə əldə etmək üçün kifayət edirdi.
- Komandanızın çempionluq şansını necə dəyərləndirirsiz?
- Necə olacağını indidən demək olmaz. Şanslara qalsa, "Qarabağ" daha şanslıdı. Bizim şansımız öz əlimizdə deyil. 3 oyun qalıb və bu, 9 xaldı. Maksimum nəticə qazanmağa çalışacağıq. "Qarabağ" bu gün yaxşı oynadı. Bizim ümidimiz sürətli oyuna idi. "Qarabağ" bunun öhdəsindən yaxşı gəldi.
- Gözlənilməz xal itkiləriniz oldu. Demək olarmı ki, "Qarabağ"dan öncə, "Qəbələ"nin rəqibi elə özü idi?
- Qalib gəlməli olduğumuz matçlarda xal itirmişik. 10-15 qol vəziyyətimiz olub və bunları dəyərləndirə bilməmişik.
- Siz daha çox kubok tipli oyunlarda uğurlu olursuz. Bu amil psixoliji cəhətdən kubokun finalında köməyinizə çatacaq?
- Titullar hər zaman az olur. Buna görə də hər komanda titul qazanmaq istəyir. "Qarabağ"ın çempionluq şansı çoxdu. Onlar çempion olduqdan sonra kuboku da qazanmaq istəyəcəklər. Titullar iştahı artırır. Bu, onlara əlavə üstünlük verəcək.
- "Qarabağ"ın növbəti turlarda xal itirmək şansı çoxdu, yoxsa "Qəbələ"nin kuboku qazanmaq şansı?
- Belə sualdan sonra düşünürəm ki, mənə məşqçilik lisenziyası yox, peyğəmbərlik lisenziyası lazımdı. Qarşıda 3 oyun var. Bilmık olmaz kim xal itirəcək.