Bu gün AFFA-nın inzibati binasında U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarının final mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, tədbirdə “Qəbələ” futbol akademiyasının komandalarının AFFA-nın təşkilatçılığı ilə keçirilən liqaların final mərhələsindəki rəqibləri də müəyyənləşib. Mübarizəni davam etdirən 16 ən güclü komanda 1/8 final cütləri təşkil edib. Komandaların növbəti mərhələlərdəki potensial rəqibləri də bəlli olub. Bütün yaş qruplarında təmsil olunan “Qəbələ”nin 6 komandası mükafatlar uğrunda mübarizə aparır. U-12 Liqasında “qırmızı-qaralar”la yanaşı, UGİM də 1/8 finalda qüvvəsini sınayacaq.
U-10 Liqası, 1/8 final
“Azəri” TİM – “Qəbələ”
U-11 Liqası, 1/8 final
“Muğan” (Salyan) – “Qəbələ”
U-12 Liqası, 1/8 final
“Mil-Muğan” – UGİM (Qəbələ)
“Qəbələ” – “Təhsil” RİM (Sumqayıt)
U-13 Liqası, 1/8 final
“Qəbələ” – “Naxçıvan”
U-14 Liqası, 1/8 final
İOEUGİM (Sumqayıt) – “Qəbələ”