Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Kəpəz"in qonağı olacaq "Qəbələ" oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Gəncə səfəri öncəsi "qırmızı-qaralar"ın heyətlə bağlı problemi var. Uzun müddətdir zədəli olan Vitali Vernidub hələ də bərpa prosesini başa vurmayıb. Ukraynalı müdafiəçi Gəncə səfərində də komandasına kömək edə bilməyəcək. Baş məşqçi Roman Qriqorçuk digər futbolçuların isə xidmətindən yararlana biləcək.
Qeyd edək ki, aprelin 16-da keçiriləcək “Kəpəz” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək.
saytlarin hazirlanmasi