İtaliya A seriyasının oyunlarında yeni mövsümdən videotəkrardan istifadə olunacaq.
Sportal.az xəbər verir ki, bu barədə İtaliya Hakimlər Komitəsinin sədri Marsello Nikki məlumat verib. Onun sözlərinə görə, videotəkrardan 2018/2019 mövsümündən etibarən istifadə etməyi planlaşdırılıb. Ancaq daha sonra bu tətbiqin istifadəsini sürətləndirməsinə qərar verilib.
Qeyd edək ki, növbəti mövsüm videotəkrardan Hollandiya Erediviziyasında da istifadə olunacaq.
saytlarin hazirlanmasi