"Qəbələ"də iki itki

19:42 - 24 Aprel 2017

“Qəbələ”nin 2 futbolçusu Daniel Subotiç və Rəşad Sadiqov Premyer Liqanın 28-ci turunda "Sumqayıt"la oyunu buraxacaqlar.

 

Sportal.az xəbər verir ki, buna səbəb onların "İnter"lə matçda (4:3) sarı vərəqə limitini doldurmalarıdır. Bu mövsümdə 4-cü sarı vərəqələrini alan Subotiç və Sadiqov cəzalı duruma düşüb.
 
Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" matçı aprelin 29-da keçiriləcək.

Xəbər xətti