Bu gün Naxçıvan şəhər stadionunda Azərbaycan Kubokunun final mərhələsi çərçivəsində “Qarabağ” – “Qəbələ” matçı keçirilib.
Sportal.az-ın məlumatına görə, matç “Qarabağ”ın 2:0 hesablı qələbəsilə başa çatıb. Oyundan sonra “Qəbələ”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
- “Qarabağ” rəhbərlətini, futbolçularını yenidən təbrik edirəm. Hər şey qanunauyğun idi. Onlar haqlı qələbə qazandılar.
- Tellur Mütəllimovun zədəsi matç üçün həlledici rol oynadı?
- Bu sualı cavablandırmaq üçün bu situasiyanı yenidən yaşamaq lazımdı. Düşünmürəm ki, bu amil təsir etdi. Təbii ki, bu bizim üçün mənfi idi. Ancaq nəyin necə olacağını heç kim bilmir.
- Komandanın oyunu tam alınmadı. Problem nədədi sizcə, fiziki yorğunluq?
- Fiziki yorğunluğu deməzdim. Düşünürəm ki, qələbə əzmi, ehtirası yox idi.
- “Qəbələ” “Qarabağ”dan nədə geridə qalır?
- Bütün mövsümün analizini edə bilmərik. Mən sadəcə oyunda nələrin çatışmadıqlarını dedim. Hal-hazırda bu haqda danışmaq zamanı deyil.
- Meydan amili oyuna təsir etdimi?
- Mən oyundan başqa amildən danışmaq istəmirəm. Çünki rəqiblə eyni şərtlər altında idik. Hər vəziyyətdən çıxış yolu tapmaq lazımdı. “Qarabağ” bu amilə görə bizi üstələdi.