"Qəbələ" klubu futbolçusu Sergey Zenyovla yolları ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. O, bildirib ki, müqaviləsi başa estoniyalı hücumçu ilə yeni sözləşmə imzalanmayıb.
Liberiyalı yarımmüdafiəçisi Teo Uiksin “Qəbələ”də qalıb-qalmayacağı isə dəqiqləşməyib. Ötən mövsüm Kipr təmsilçisi “Ermis”dən 1 illik icarə əsasında “Qəbələ"yə keçən futbolçunun klubu ilə danışıqlar gedir.
Müqaviləsi bitən Rasim Ramaldanov, Cavid Hüseynov və digər yerli futbolçular barədə isə hələ yekun qərar verilməyib.
saytlarin hazirlanmasi