Kvekveskiri seçim qarşısında

13:13 - 24 May 2017

“Qəbələ”nin futbolçusu Nika Kvekveskiri karyerasını Qazaxıstanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, gürcüstanlı futbolçu Qazaxıstanın “Tobol” klubu ilə razılığa gəlib. Gürcüstan yığmasının üzvünü “Tobol”a komandanın baş məşqçisi Omari Tetradze dəvət edib. Kvekveskiri "Qəbələ"dən də yeni müqavilə təklifi alıb. Lakin Nikanın üstünlüyü Qazaxıstan klubuna verəcəyi gözlənilir.

 

Qeyd edək ki, azad agent statusu daşıyan Kvekeskiri "Qəbələ"yə ötən mövsüm Bakı "İnter"indən keçmişdi. 25 yaşlı futbolçu cari mövsüm ümumilikdə 26 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti