"Qəbələ"dən 8-ci mükafat

11:44 - 25 May 2017

U-19 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” 33-cü turun qarşılaşmasında “Şərurspor” üzərində texniki qələbə qazanıb. Rəqib komanda yarışda çıxışını dayandırdığından, “qırmızı-qaralar” meydana çıxmadan 3 xal əldə edib - +:- (3:0). Bu, "Qəbələ"nin mövsümdə 24-cü qələbəsi olub. Hesabında 6 heç-heçə və 3 məğlubiyyət olan “Qəbələ” 78 xalla çempionatı 2-ci pillədə başa vurub. Gümüş medallara yiyələnən "qırmızı-qaralar" yarışda 107 qol vurub, 22-ni buraxıb. Turnirdə isə "Qarabağ" qalib olub.

 

Bu, "Qəbələ"nin futbol akademiyasının cari mövsümdə liqalarda qazandığı 8-ci mükafat olub. Bunadək U-16, U-15, U-13, U-12, U-11 qızıl, U-14 və U-10 bürünc medallara yiyələnib. 

Xəbər xətti