"Qəbələ"dən ayrılan Nika Kvekveskirinin yeni klubu rəsmən bəlli olub.
Sportal.az xəbər verir ki, gürcü yarımmüdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək. 25 yaşlı futbolçu bu ölkənin "Tobol" klubu ilə münasibətləri rəsmiləşdirib. Klubun rəsmi saytından verilən məlumata görə tərəflər arasında 1,5 illik müqavilə imzalanıb. Nika yeni klubunda 21 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Kvekeskiri "Qəbələ"yə ötən mövsüm Bakı "İnter"indən keçmişdi. Gürcüstan millisinin üzvü cari mövsüm ümumilikdə 26 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi