Macarıstanda keçirilən Laslo Kubalanın xatirəsinə həsr olunan turnirə yekun vurulub.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın 16 yaşadək futbolçulardan ibarət komandası “Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi yarışı 4-cü pillədə başa vurub.
“Qəbələ” turnirin son günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. Slovakiyanın “Rujomberok” komandası ilə görüşən bölgə təmsilçisi 0:2 hesabı ilə uduzub.
Turnirin qalibi adını isə Polşanın “Zaqlebiye” klubu qazanıb. “Vaşaş Kubala Akademiyası” 2-ci, “Rujomberok” 3-cü yeri tutub.
Qeyd edək ki, “Qəbələ” qrup mərhələsində “Vaşaş Kubala Akademiyası” (0:0) və İsveçin AİK (1:1) komandaları ilə görüşüb.