"Qəbələ" Rumıniya çempionu ilə qarşılaşacaq

10:41 - 30 May 2017

Rumıniyada cari mövsümün çempionu olan “Vitorul” təlim-məşq toplanışını Avstriyada keçəcək.

 

Sportal.az xəbər verir ki, Georgi Hacinin çalışdırdığı komanda “Qəbələ” ilə də qarşılaşacaq. Həmin oyun məhz Avstriyada reallaşacaq. Qarşılaşma iyunun 26-da baş tutacaq.

 

Tarixində ilk dəfə ölkə çempionu olan "Vitorul" Çempionlar Liqasına hazırlıq məqsədilə Rusiya Premyer Liqasında çıxış edən ÇSKA və "Krasnodar"la da yoxlama matçları keçirəcək.

Xəbər xətti