Zenyov: "Qəbələ"nin şərtləri məni razı salmadı"

10:56 - 1 İyun 2017

"Hazırda Talllindəyəm. Millinin heyətində məşq edir, qarşıdakı oyunlarmıza hazırlaşıram".

 

Sportal.az xəbər verir ki, bu sözləri mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən ayrılan Sergey Zenyov deyib.

 

28 yaşlı forvard “Qəbələ” ilə yeni müqavilə imzalamamasından da danışıb. Zenyov “qırmızı-qaralar”ın təklif etdiyi müqavilə şərtlərinin onu razı salmadığını deyib: “Mayın 5-də “Qəbələ” ilə müqaviləm başa çatdı. Görüşdük və klubun yeni şərtləri məni razı salmadı. Buna görə də müqavilə imzalamaqdan imtina etdim”.

 

Estoniya millisinin üzvü gələcək karyerası haqda söz açıb: “Hansı klubda oynayacağımı bilmirəm. Bu işlərlə menecerim məşğul olur. Agentim bir neçə variantın olduğunu deyib. Hər bir təklifi ayrı-ayrılıqda dəyərləndirəcəm”.

 

Qeyd edək ki, Zenyov 2015-ci ildə “Torpedo”dan “Qəbələ”yə keçmişdi.

Xəbər xətti