İyunun 7-də Roman Qriqorçuk Azərbaycana qayıdacaq.
Sportal.az xəbər verir ki, bu haqda Qol.az-a “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib. Ukraynalı mütəxəssis bundan sonra klubu ilə yeni müqavilə imzalayacaq.
Hələlik isə “Qəbələ” yerli futbolçuların iştirakı və Roman Qriqorçukun köməkçilərinin nəzarəti ilə məşqləri davam etdirir. İyulun 7-dən legioner futbolçular da komandanın düşərgəsinə qoşulacaq.
Xatırladaq ki, R.Qriqorçukun “Qəbələ” ilə müqaviləsi 2016/17 mövsümündə başa çatıb. Klub onunla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gəlib.
saytlarin hazirlanmasi