"Qəbələ" ikinci yoxlama oyununu keçirdi

22:22 - 15 İyun 2017

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçuk komandası Rusiya Premyer Liqasında çıxış edən “Axmat”la qarşılaşıb. Matç "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, ilk sınaq matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.

 

15 iyun

Yoxlama oyunu

20:00. “Qəbələ” – “Axmat” - 0:1

Qol: Zaur Sadayev, 51

"Qəbələ"nin start heyəti: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rasim Ramaldanov, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo 

Avstriya, İnsbruk

Xəbər xətti