Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” daha 3 yoxlama oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” iyunun 30-da Albaniyanın “Kukesi”, iyulun 4-də isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq. İyul ayının 8-i üçün nəzərdə tutulan yoxlama oyunu üçün isə hələlik rəqib müəyyənləşməyib.
Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışının 1-ci mərhələsinə iyunun 22-də Bolqarıstan çempionu “Ludoqorets”ə qarşı görüşlə yekun vuracaq.
saytlarin hazirlanmasi