2017/18 mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportal.az xəbər verir ki, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirən “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.
Şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey icarə əsasında 1 il "qırmızı-qaralar"ın heyətində çıxış edəcək.
Endi Hallidey kimi tanınan futbolçu 1991-ci il oktyabrın 31-də anadan olub. 26 yaşlı şotlandiyalı “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmə komandalarında çıxış edib. Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib. 2015-ci ildə “Reyncers”ə keçən Endi son iki mövsümü bu komandanın formasını geyinib.
saytlarin hazirlanmasi