"Qəbələ" Hollandiya klubu ilə qarşılaşacaq

15:36 - 2 İyul 2017

Yay hazırlıqlarının ikinci mərhələsini Avstriyada davam etdirən "Qəbələ"nin yoxlama oyunundakı daha bir rəqibinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Hollandiyanın “Utrext” klubu ilə qarşılaşacaq. Bu barədə Hollandiya mətbuatı məlumat yayıb.

 

Qarşılaşma iyulun 8-də baş tutacaq.

 

Qeyd edək ki, "Qəbələ" iyulun 4-də Kiyev “Dinamo”su ilə də qarşılaşacaq.

Xəbər xətti