Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışın davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, "qırmızı qaralar" son Ukrayna çempionatının ikincisi Kiyev “Dinamo”su ilə qarşılaşıb. Oyun Ukrayna klubunun qələbəsi ilə başa çatıb - 2:1.
Bu, “Qəbələ”nin Avstriyada 7-ci yoxlama görüşüdür. Komanda buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıb, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.
Yoxlama görüşü
4 iyul
“Qəbələ” – “Dinamo” (Kiyev, Ukrayna) - 1:2
Qollar: Elvin Məmmədov, 85 - Xliobas, 13, 56
“Qəbələ”: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, İlqar Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Endi Hallidey, Araz Abdullayev, Xavyer Ernandes, Stiven Jozef-Monroz
“Dinamo”: Maksim Koval, Aleksandr Timçik, Aleksandr Pantiç, Tamaş Kadar, Zurab Oçiqava, Sergey Ribalka, Nikita Korzun, Denis Qarmaş, Viktor Tişankov, Oleq Qusev, Dmitro Xliobas
saytlarin hazirlanmasi