"Qəbələ" Hollandiya klubunu məğlub etdi

00:00 - 9 İyul 2017

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq prosesi çərçivəsində bu gün son yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gəlib. Matç "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, "Qəbələ" bu oyunadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”i (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və “Ludoqorets” (0:2), Avstriya “Qrodiq”i (7:0), Kiyev “Dinamo”su ilə (1:2) görüşüb.

 

Yoxlama oyunu

“Qəbələ” (Azərbaycan) – “Utrext” (Hollandiya) - 1:0

Qol: Kone, 64

Xəbər xətti