Qriqorçuk rəqibini qabaqlayacaq

18:55 - 11 İyul 2017

İyulun 13-də Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Polşanın “Yagelloniya” komandasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransı matçdan bir gün əvvəl - iyulun 12-də saat 19:15-də qarşılaşmanın keçiriləcəyi 8-ci km stadionunun media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 20:30-da isə “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot media nümayəndələrinin suallarını cavablandıracaq. 

 

Komandaların oyunöncəsi son məşqi də 8-ci km stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 21:00-da məşqə çıxacaq.

Xəbər xətti