"İlk oyun çox vacib olacaq. Əgər "Yagelloniya" Bakıda qol vursa, cavab oyunu üçün yaxşı şans qazanacaq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq futbolçusu David Pietrzkeviç deyib. Polşa mətbuatına açıqlama verən "çərçivə qoruyucu"su Avropa Liqasının II təsnifat mərhələsinin - "Qəbələ" - "Yagelloniya" cütünün şanslarını dəyərləndirib.
Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən göndərilən qolkiper "Yagellniya"nın "Qəbələ" qarşısında işinin çətin olacağını deyib. Onun fikrincə, Polşa klubu bu gün axşam baş tutacaq oyunda "Qəbələ"yə qol vura bilməsə, mərhələ keçmək şansı xeyli azalacaq: "Yagelloniya"ya Bakıdan ancaq qələbə və heç-heçə ilə qayıtmaq sərf edir. Əgər komandamız məğlub olsa, çox çətin olacaq. Çünki "Qəbələ" yaxşı müdafiə olunur. Bundan başqa, qeyd etmək lazımdır ki, "qırmızı-qaralar" öz meydanında nadir hallarda uduzur və çox qol buraxır. "Qəbələ" elə komandadır ki, Yunanıstan nəhəngi "Panatinaikos" Bakıda onlara qol vura bilməyib".
Qolkiper "Qəbələ"nin yaxşı müdafiə olunduğunu xatırladıb: "Bəli, müdafiə "Qəbələ"nin ən güclü tərəfidir. Əgər onların müdafiədəki oyunu yaxşı alınsa, qol vurmaq çətin olacaq. "Qəbələ"nin hücumçuları həm hücumda, həm də müdafiədə oynayırlar. Komandadanın baş məşqçisi Roman Qriqorçuk da kifayət qədər təcrübəlidir. O, öz işinin azarkeşidi. Hər bir futbolçu onun rəhbərliyi altında oynamaqdan zövq alır".
David onu da əlavə edib ki, Bakıdakı isti hava "Yagelloniya"ya çətinlik yarada bilər: "Bakıda hava şəraiti komandalara çətinlik yarada bilər. Hava şəraitindən danışarkən, "Qəbələ"nin heyətində "Maribor"a qarşı keçirdiyimiz oyunu xatırlayıram. Rəqib matçın ilk yarısında bizimlə döyüşdü. Amma 60-cı dəqiqədən sonra rəqibin futbolçularının qaçmağa taqəti yox idi. Həmin oyunda 3:1 hesabı ilə qalib gəldik, cavab oyununda 1:0 hesabı ilə uduzsaq da, mərhələ keçməyi bacardıq"
saytlarin hazirlanmasi