Fariz Nəcəfov: "Heç bir futbolçunu komandadan səbəbsiz göndərməmişik" MÜSAHİBƏ

23:20 - 13 İyul 2017

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

 

- Nəticə rəqibə sərf edir. Əvvəlcədən də demişdim ki, komandamız tam hazır deyil. Ona görə də heç-heçə gözlənilən nəticədir. Yeni oyunçularımız tam hazır deyil. Hər şey cavab oyununda həll olunacaq.

 

- Yeni transferlərin oyunundan razı qaldız?

- Tam olmasa da, razı qaldım. Bir daha deyirəm, yeni futbolçular tam hazır deyil. Qarşıdakı oyunlardan sonra onlar haqda daha dolğun fikir bildirmək olar. 

 

- Ötən il olduğu kimi bu il də heyət demək olar ki, tam dəyişdi.Bunun səbəbi nədir?

- "Qarabağ" Bakıda məskunlaşıb. Biz isə əyalət komandasıyıq. Futbolçular 1 ildən çox qalmaq istəmirlər. "Qarabağ"ın strategiyasını bilmirəm. Amma bizdə elə bir sistem yoxdur ki, futbolçular özlərini yaxşı göstərdikdən sonra maaşlarını artıraq. Kvekveskiri bu il bizdən əvvəlki maaşından 3 dəfə çox pul istədi. Onun istədiyi maaşı verə bilmədiyimiz üçün komandadan ayrıldı. Heç bir futbolçunu komandadan səbəbsiz göndərməmişik. Biz də istəyirik daimi heyətimiz olsun. Belə olanda uğurda olur.

 

- "Qəbələ"nin mərhələ keçmək şansı var?

- Biz hər zaman gücümüz çatanın maksimumunu etməyə çalışırıq. "Yaqelloniya"ni keçmək gücünə qadirik. Tam əminliklə deyirəm. Cavab oyununda bunun şahidi olacaqsız. Oyundan 4 gün əvvəl Polşaya gedəcəyik. Çarter reysi ilə getməyə pulumuz çatmır. Oyundan 2 gün əvvəl gedəndə də komandada yorğunluq olur. Ona görə də 4 gün matçdan 4 gün əvvəl gedəcəyik.

 

- "Qəbələ" "Yaqelloniya"nı keçməsə, komandanı bağışlamaq olar?

- Bu futboldur. Hər cür nəticə gözləmək olar.

 

- Heyətdə legionerlər çoxdu. Premyer Liqada hamısını oynatmaq mümkün olmayacaq. Bunu necə təsiri olacaq?

- Biz komandanı yalnız Avroliqa üçün qurmamışıq. Daimi heyət qurmağa çalışırıq, Futbolçuların əksəriyyəti ilə 2-3 illik müqavilə imzalamışıq. 

 

- "Qəbələ" nə vaxta kimi avrokubok oyunlarını Bakıda oynayacaq?

- Nə vaxtki büdcəmiş artacaq, öz stadionumuzu tikib bitirəcəyik, o zaman da Qəbələdə oynayacağıq. 

 

- Avroliqada uğursuzluq baş versə, komandanın gələcək taleyinə təsir edəcək?

- Xeyr. Komandanı bir turnirə görə qurmamışıq. "Qəbələ"nin bəlli strategiyası var. O xəttlə də davam edəcəyik.

Xəbər xətti