“Qəbələ”nin oyuna tam hazır olmadığını əvvəlcədən bildirmişdim. Çünki komandada mən də daxil olmaqla yeni futbolçular çoxluq təşkil edir”.
Sportal.az xəbər verir ki, bu sözlər “Qəbələ”nin yeni transferi Endi Hallideyə məxsusdur.
"Qırmızı-qaralar"ın oyunçusu Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın "Yagelloniya" klubuna qrşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, 1:1 hesablı bərabərliklə başa çatan görüşlə bağlı bunları söyləyib: "Yeni futbolçuların gəldiyi komandaya uyğunlaşması, bir-birini başa düşməsi üçün zamana ehtiyac olur. Avstriyadakı toplanış zamanı cəmi 10 gün bir yerdə məşq keçmişik və 3 yoxlama oyunu oynamışıq. Bu amili nəzərə alaraq matçın çətin keçəcəyini bilirdik".
Şotlandiyalı fubolçu ilk hissəyə nisbətən, ikinci hissədə daha yaxşı oynadıqlarını dilə gətirib: "İlk dəqiqələrdən üstünlük rəqibdə idi. Bu, 30-cu dəqiqəyə qədər belə davam etdi. Rəqib bu üstünlükdən istidafə edərək, qol vurmağı da bacardı. Amma ikinci hissədə üstünlüyü ələ aldıq. Rəib ikinci hissədə yalnız əks-hücumlara bel bağlayırdı".
Yarımmüdafiəçi Pola klubunun fiziki baxımından yaxşı təsir bağışladığını dilə gətirib: "Rəqib komandanın futbolçuların fiziki baxımdan bizdə üstün olmaları normaldı. Onlar toplanışın ilk günündən bir yerdə çalışırlar və uzun müddətdi bir yerdədirlər. Düşünürəm ki, bu amilə görə bizi üstələyirdilər".
Hallidey cavab oyununda yaxşı nəticəyə ümid edir: "Öz meydanımızda qeydə alınan nəticənin faciəvi olduğunu düşünmürəm. Düzdü, cavab matçında işimiz çox çətin olacaq, mütləq qol vurmalıyıq. Stadiondakı atmosferə gəlincə, sadəcə, möhtəşəm idi. Gördüklərim məni yaxşı mənada təəccübləndirdi".
saytlarin hazirlanmasi