“Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 20-də Polşada “Yagelloniya” ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Belostok şəhər stadionunda baş tutacaq matç öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək.
Oyundan bir gün əvvəl - iyulun 19-da yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30-da) ukraynalı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) isə “Qəbələ”nin oyunöncəsi son məşqi start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda baş tutan ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab qarşılaşması isə iyulun 20-də, saat 22:30-da start götürəcək.
saytlarin hazirlanmasi