"Qəbələ" Belostokdadı

11:57 - 19 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb.

 

Sportal.az xəbər verir ki, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” dünən günün ilk yarısında məşq edib. 

 

Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda baş tutub. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb. “Qırmızı-qaralar” “İbis otel”də məskunlaşıb. Bu gün komandamız matçın baş tutacağı Belostok şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq. 

 

Xatırladaq ki, iyulun 20-də keçiriləcək “Yagelloniya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xəbər xətti