UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçisi "Qəbələ" də vacib oyuna çıxıb.
Əyalət təmsilçisi səfərdə Polşanın "Yagelloniya" klubunun qonağı olub. Bakıdakı 1:1 hesablı bərabərlik polşalıların xeyrinə olsa da, komandamız səfərdə qələbə qazanmağı bacarıb. "Qırmızı qaralar" rəibini 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Roman Qriqorçukun yetirmələri növbəti mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.
"Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:2
Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89
saytlarin hazirlanmasi