Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb.
Sportal.az xəbər verir ki, II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start verib. İyulun 21-də Belostokdan paytaxta yollanan komanda hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. “Qəbələ” bu gün olacaq növbəti məşqini də Varşavada gerçəkləşdirəcək.
Komanda sabah Yunanıstana yollanacaq. “Qırmızı-qaralar” iyulun 27-də keçiriləcək oyunun hazırlıqlarını Afinada davam etdirəcək.
Qeyd edək ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
saytlarin hazirlanmasi