"Qəbələ"nin futbolçusu: "Bir-iki hücumla da oyunun taleyini həll etmək olar"

12:00 - 27 İyul 2017

"Panatinaikos" öz dəsti-xətti ilə seçilən komandadı. Rəqibin heyətində çox təhlükəli oyunçular var".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Endi Hellidey deyib. "Qırmızı-qaralar" Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz səfərdə Yunanıstanın "Panatinaikos" klubunun qonağı olacaq. Maçtöncəsi Yunanıstan mətbuatına danışan şotlaındiyalı futbolçu fikirlərini bildirib. O, "Panatinaikos" səfərindən qələbə ilə dönə biləcəklərini və bunun üçün hər şeyin özlərindən asılı olduğunu deyib:

 

"Düşünürəm ki, biz rəqibdən heç də zəif deyilik. Özümüzə görə oyun tərzimiz, yaşı heyətimiz var. Fikrimcə, "Yagelloniya" ilə səfər matçındakı kimi oynasaq, Afinadan sərfəli nəticə ilə qayıda bilərik. Bunu etmək üçün hər şey öz əlimizdədir, qarşımızı kəsən yoxdur". 

 

Oyunçu səfər matçında qol vurmağın önəmli olduğunu bildirib: "Hesab edirəm ki, irəli çıxmaq üçün zamanımızı gözləməliyik. Bir-iki hücumla da oyunun taleyini həll etmək olar. Amma bütünlüklə müdafiə olunacağımızı zənn etmirəm. Əgər səfərdə qol vura bilsək, bizim üçün üstünlük olacaq. Belə olacağı təqdirdə cavab oyununda da rahatlıqla meydana çıxa bilərik".

Xəbər xətti