Fariz Nəcəfov: "Cütün favoriti "Panatinaikos"du"

12:24 - 27 İyul 2017

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Yunanıstan mətbuatına müsahibəsində Avropa Liqasının III təsnifat mərhələsinin "Panatinaikos"la səfərdəki ilk matçı haqda fikirlərini bildirib. 

 

Sportal.az xəbər verir ki, klub rəsmisi "Panatinaikos"la 2 il öncə baş tutan qarşılaşmadan söz açıb:

 

"Panatinaikos"un gücünə bələdik. Mən rəqibin güclü komanda olduğunu iki il əvvəlki qarşılaşmalarda gördüm. Həmin vaxt biz rəqibimizi mübarizədən kənarlaşdıra bildik. Geridə qalan 2 il ərzində hər iki klubun heyətində dəyişikliklər olub. Fikrimcə, bu dəfəki matç fərqli olacaq".

 

Nəcəfov "Panatinaikos"un favorit olduğunu dilə gətirib: "Panatinaikos" təkcə Yunanıstan deyil, Avropanın zəngin ənənələrə malik klublarından biridir. Son iki mövsümdə komandamız Avropa Liqasının qrupunda oynayıb. Amma cütün favoriti "Panatinaikos"du. "Qəbələ" inkişafda olan gənc komandadı. Avrokuboklardakı hər matç bizim üçün böyük təcrübədi. Yenidən "Panatinaikos"u mübarizədən kənarlaşdırmağımız çətin olsa da, bunu bacaracağımıza inanıram. Fikrimcə, mərhələ adlamaq üçün şansımız var. İnanıram ki, futbolçularımız növbəti mərhələyə yüksəlmək üçün əllərindən gələni əsirgəməyəcəklər".

 

Qeyd edək ki, tərəflər arasındakı ilk qarşılaşma sabah keçiriləcək.

Xəbər xətti