"Qəbələ"nin futbolçusu olmaq istəyirsiz?

13:34 - 1 Avqust 2017

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına yay seçimləri elan edir.

 

Sportal.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda avqustun 12-də  2000 - 2009-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək. 

 

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

 

Tel: 050 290 00 63, 055 511 39 65 
Email: [email protected]       

 

Seçim tarixi: 
Qəbələ Şəhər Stadionu 

 

12 avqust – 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü futbolçular 

 

Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. 

 

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

Xəbər xətti