Topaz Premyer Liqası: 3 oyuna 1900 azarkeş

00:46 - 8 Oktyabr 2018

Topaz Premyer Liqasının 7-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turun ilk görüşü "Dalğa Arena" "Zirə" və "Qəbələ" (1:0) arasında baş tutub. Bu qarşılaşmanı stadionda 400 nəfər izləyib.

 

"Bayıl Arena"da baş tutan "Səbail" - "Sumqayıt" oyununda (2:0)  500, "Neftçi" - "Sabah" qarşılaşmasında (2:0) isə 1000 azarkeş qeydə alınıb.

 

Beləliklə, Topaz Premyer Liqasının 7-ci turunu cəmi 1900 azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla, 633,3 fanat edir.

 

Turun "Keşlə" - "Qarabağ" oyunu isə oktyabrın 31-nə təxirə salınıb.

Xəbər xətti