U-17 Liqası: Lider büdrədi

00:58 - 5 Noyabr 2018

Şənbə günü U-17 Liqasında 6-cı turun oyunları keçirildi. 6 oyunun yalnız birində tərəflər meydanı sülhlə tərk etdilər. Daha bir oyunda darmadağın qeydə alındı. Bu tur həm də liderin ilk məğlubiyəti ilə yadda qaldı. İndiyə kimi keçirdiyi 5 oyunun hamısında qalib gələn «Neftçi» İK İB öz meydanında «Keşlə»yə yenildi. 

 

U-17 Liqası, 6-cı tur

 

«Neftçi» İK İB - «Keşlə» 1:2
Qollar:
Cavad Paşayev, 38 – Samir Abdullayev, 54; Vaqif Həsənov, 83.

 

«Neftçi» İK İB bu oyuna kimi keçirdiyi 5 qarşılaşmanın hamısında qalib gəlməklə 100 faizli nəticə göstərmişdi. Lakin Rafael Əmirbəyiovun yetirmələri qələbə seriyasını davam etdirə bilmədilər. «Keşlə» ilə oyunda alınan məğlubiyyət onları liderlikdən etməsə də, iddialı rəqiblərin yaxınlaşmasına səbəb oldu. Əvvəlki 3 turda 2003-cü il təvəllüdlü futbolçuların böyük köməkliyi ilə vacib xallar götürən «Keşlə»də bu dəfə heyət sarıdan problem yox idi. U-17 millisinin düşərgəsindən olan İbrahim Novruzov, Fərid Muxtarov, Samir Abdullayev və Şirin Şirinov artıq, komandaya qoşulmuşdular. 

 

Maraqlı mübarizə şəraitində keçən oyunda hesab 38-ci dəqiqədə açıldı. Künc zərbəsindən sonra Fərid Fərmanovun ötürməsindən sonra Cavad Paşayevə qapını dəqiq nişan aldı. «Keşlə» buraxılan qolun əvəzini fasilədən sonra çıxa bildi. 54-cü dəqiqədə Samir Abdullayev rəqibin 2-3 futbolçusundan sıyrılaraq uzaq məsafədən vurduğu güclü zərbə ilə hesabdakı tarazlığı bərpa etdi. Bundan bir qədər sonra «Keşlə» hesabda irəli çıxmaq üçün əla fürsət yaxaladı. Samirə qarşı cərimə meydançasının daxilində edilən kobudluğa görə hakim penalti təyin etdi. Lakin İbraşim Novruzovun zərbəsini Murad Əhmədov zərərsizləşdirə bildi. Hər halda qonaqlar oyunun başa çatmasına 7 dəqiqə qalmış qələbə topunu vura bildirəlr. Samir Abdullayevin müdafiəçidən qayıdan topu Vaqif Həsənovun qarşısına düşdü. Oyuna sonradan qoşulan 16 yaşlı Vaqif 16-17 metr məsafədən qapını dəqiq nişan aldı.

 

Oyunda yaddaqalan məqamlardan biri də «Keşlə»nin matçı 10 nəfərlə tamamlaması oldu. Belə ki, matçın sonuncu dəqiqəsində Fərid Muxtarov 2-ci «sarı» ilə meydandan qovuldu.

 

Bayaq qeyd etdiyimiz kimi, məğlubiyyətə baxmayaraq, «Neftçi» İK İB çempionatın lideri olaraq qalır. «Keşlə» də 3 xal sayəsində 2-ci pillədəki yerini qorudu. Bundan başqa, İlham Yadullayevin komandasının birincilikdə məğlubiyyət üzü görməyən 2 komandadan biri olduğunu da qeyd etmək yerinə düşər.

 

«Qarabağ» - «Qəbələ» 0:0

 

«Mil-Muğan» - «Zirə» 0:2
Qollar:
Samir Qasımov, 1, 29

 

«Xəzər Lənkəran» - «Sabah» 1:2
Qollar:
Rasim Xəlilov, 81 – Fərrux Fərzəliyev, 76; Vüsal Qənbərov, 80

 

«Tufan » - «Neftçi» 0:10
Qollar:
Aydın Rəfiqxah, 2; 41; Emil Quluzadə, 21, 34, 38, 71, 76; Valeh Qəhrəmanlı, 36; Fərid Yusifli, 51; Zərrər Məmmədov, 66

 

«Səbail» - «Sumqayıt» 2:3

 

Bombardirlər: Emil Quluzadə («Neftçi») – 8 qol, Fərid Xasıyev ( «Qarabağ»), Valeh Qəhrəmanlı («Neftçi») – 7 qol.

 

U-17 Liqasında 7-ci turun oyunları noyabrın 10-da keçiriləcək: «Keşlə» - «Səbail», «Neftçi» -«Neftçi» İK İB, «Sabah» - «Tufan», «Qəbələ» - «Xəzər Lənkəran», «Zirə» - «Qarabağ», «Sumqayıt» - «Mil-Muğan».

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti