Berti Foqts millimizin üzvü barədə: "II Bundesliqada oynaya bilər"

11:01 - 14 Noyabr 2018

Yığma komandamızın sabiq baş məşqçisi Berti Foqts açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 71 yaşlı mütəxəssis millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov barədə danışıb. O, Rüfətin II Bundesliqada oynamaq potensialına sahib olduğunu deyib: "Əgər ona təklif varsa, Rüfətin II Bundesliqada oynamaq gücü var. Topla yaxşı rəftar edir və qol duyumu yaxşıdır. Topun hara gələcəyini yaxşı bilir. Onunla çalışmaq mənim üçün xoş və əyləncəli idi".

 

Foqts Dadaşovun uzun müddət sonra milli komandaya dəvət almasından danışıb: "Onun 4 ildən sonra yığmaya dəvət almasına görə xoşbəxt oldum. Bu, Rüfəti daha da gücləndirir. Həm də "Proyssen"də yaxşı çıxışa davam edəcək".

 

Qeyd edək ki, Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb. Rüfət Dadaşov millidə Foqtsun dönəmində debüt edib.

Xəbər xətti