Pepe Premyer Liqaya gedəcək?

11:09 - 21 Dekabr 2018

"Beşiktaş"dan ayrılan Pepeyə bir neçə klub maraq göstərir.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı müdafiəçi İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"dan təklif alıb və buna müsbət yanaşır. 35 yaşlı müdafiəçi bu klubda milli komanda yoldaşları - Rui Patrisiu, Ruben Neveş, Dioqu Yota və Joau Moutinyu çıxış edir. Üstəlik, baş məşqçinin Pepenin həmyerlisi Nunu Eşpiritu Santunun olmasıbu transferin reallaşacağına əsas verir. "A Bola" nışrində yer alan xəbərə görə, "Vulverhempton"dan başqa "Monako", "Portu", "Flamneqo", Qətərdən "Əl-Qarafa" və Səudiyyə Ərəbəsitanı təmsilçisi "Əl İttihad" da təcrübəli müdafiəçiyə təklif göndərib.

 

Qeyd edək ki, Pepe bu mövsüm "Beşiktaş"da 17 oyun keçirib.

Xəbər xətti