Vüsal İsgəndərli: "Gərək, hər dəfə Samir Abasovdan xahiş edərdim ki, məni oynatsın"

16:35 - 4 Yanvar 2019

"Demək olar ki, "Zirə"dən ayrılmışam. Karyeramı "Keşlə"də davam etdirəcəm" Məsələ 90 faiz həlli yolunu tapıb".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"dən ayrılan Vüsal İsgəndərli söyləyib. 23 yaşlı forvard karyerasını "Keşlə"də davam etdirəcəyini deyib. Vüsal "Zirə"dən ayrılmasının səbəbini açıqlayıb:

 

"Elə oyunlar var idi ki, çox az meydanda olurdum. Qol vururdum, ancaq növbəti matçda ehtiyatda qalırdım. Baş məşqçi güvənmirdi ki, nəsə edə bilərəm. Ancaq mən özümə çox inanırdım. "Neftçi"yə qol vurduğum matçdan öncə Samir müəllimdən məni start heyətdə meydana buraxmasını xahiş etmişdim. O, etimad göstərdi və mən də qol vurmağa müvəffəq oldum. Məşqçinin güvəni mənə az idi. Gərək, hər dəfə xahiş edəm ki, məni oynatsın. Bu da olmur axı... Ona görə də mənə çətin oldu".

 

Gənc futbolçu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun onu ötən mövsüm "Neftçi"yə də dəvət etdiyini sözlərinə əlavə edib: "Tərlan müəllim sağ olsun, "Keşlə"yə dəvət etdi. O, ötən mövsüm "Neftçi"nin "sükanı arxası"nda olanda da məni komandasında görmək istəmişdi. İnşallah, xeyirlisi olsun".

 

Qeyd edək ki, Vüsal İsgəndərli 2015-ci ildən "Zirə"də çıxış edirdi.

Xəbər xətti