"Pyast"ın baş məşqçisi: "Hər sərt oyun epizoduna ürəyim əsirdi"

13:16 - 24 Yanvar 2019

"Reklama ehtiyacı olmayan komanda ilə qarşılaşdıq. Ancaq bir çox epizodlarda rəqiblə bərabər oyun nümayiş etdirdik. Hər ikisi təxminən, oxşar keçdi. Fiziki cəhətdən yaxşı təsir bağışladıq".

 

Sportal.az xəbər verir ki, bu spzləri Polşa "Pyast"ının baş məşqçisi Voldemar Fornalik "Qarabağ"la keçirdikləri yoxlama görüşündən (1:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib: "Vacib olan futbolçuların matçı zədəsiz başa vurması oldu. Belə oyun şəraitində futbolçular zədələnirlər. Hər sərt oyun epizoduna ürəyim əsirdi. Ancaq rəqibimiz kobud deyildi. Bəzən elə komandalar var ki, yoxlama görüşlərində qalib gəlmək üçün oynayırlar".

Xəbər xətti