Nadir Nəbiyev federasiya prezidenti seçildi

 Bu gün Qərb Regional Futbol Federasiyasının Konfransı keçirilib. Tədbir Tovuz şəhər stadionunda təşkil olunub.

 

Sportal.az xəbər verir ki, yığıncaqda qurumun prezidenti Mehdi Salmanov istefa verib. Konfrans üzvləri onun istefasını qəbul edib.

 

Ardınca prezident postuna seçki keçirilib. Azərbaycan millisinin sabiq futbolçusu, “Turan Tovuz” klubunun icraçı direktoru Nadir Nəbiyev quruma yeni prezident seçilib.

 

Nəbiyev futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Xəzər Lənkəran” və “Standard” klublarında çıxış edib

Tarix: 28 Yanvar [16:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio