"Dinamo"nun baş məşqçisi: "Azərbaycanla Ermənistanın qarşılaşmaması yaxşı amil deyil"

14:15 - 10 Fevral 2019

Ukraynanın "Dinamo" (Kiyev) klubunun belaruslu baş məşqçisi Aleksandr Xatskeviç ölkəsinin mətbuatına geniş müsahibə verib.

 

Sportal.az football.by-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis müharibə şəraitinə görə, milli komandaların və avrokuboklarda klubların üz-üzə gəlməməsini mənfi hal kimi dəyərləndirib:

 

"Çox sayda ölkələr müharibə aparırlar. Suriya, Ukrayna və digər yerlər müharibə ocağıdır. Dinlərin mübarizəsi gedir. Bunlar futbola da təsir edir. Müharibə aparan ölkələr bir-birlərinə qarşı oynaya bilməzlər. Hətta avrokuboklarda klubları da qarşılaşmırlar. Məsələn, Azərbaycanla Ermənistan, Ukrayna və Rusiya qarşılaşa bilməz. Bu, idman üçün yaxşı amil deyil".

Xəbər xətti