Yurçeviçin maaşı rəsmən açıqlandı

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç AFFA ilə müqaviləni rəsmiləşdirib. Onunla 1+2 illik anlaşma imzalanıb.

 

Sportal.az xorvat məşqçinin ölkəmizdə alacağı maaşı da müəyyənləşdirib. Yurçeviç 1 il ərzində 1 milyon avronu cibinə qoyacaq. Bu, Robert Prosineçkiylə anlaşmanın eynidi.

 

AFFA Yurçeviçin əcnəbi köməkçilərinə əlavə pul ödəməyəcək. Onların əməkhaqqı da bu məbləğə daxildi.

 

Xəbəri AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla rəsmən təsdiqləyib. (futbolinfo.az)

 

Tarix: 8 Mart [00:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio