“Keşlə”ni məyus edən yubiley qolu

“Keşlə” Azərbaycan çempionatlarında səfərdə keçirdiyi oyunlarda 300-cü qolu buraxıb.

 

Sportal.az xəbər verir ki, “Sumqayıt”ın qonağı olan paytaxt klubu 1:2 hesabı ilə uduzub.

 

Cavid Tağıyevin 85-ci dəqiqədə vurduğu qol “Keşlə”nin səfərdə buraxdığı 300-cü qol olub. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş “Keşlə” rəqib meydanlardakı 269-cu qarşılaşmada 300-cü qolu buraxıb.

 

“Keşlə” çempionatlar tarixində 300 və daha çox qol buraxan 5-ci komanda olub. Antirekord isə 432 top buraxan “Turan”a məxsusdur.

Tarix: 8 Aprel [13:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 May 2019
19  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio